Sergey Lavrov Suriyanın kimyəvi silahlarının hansı şərtlə beynəlxalq nəzarətə verilə biləcəyini açıqlayıb

Sergey Lavrov Suriyanın kimyəvi silahlarının hansı şərtlə beynəlxalq nəzarətə verilə biləcəyini açıqlayıb
# 12 sentyabr 2013 08:50 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada deyib. O bildirib ki, Suriya kimyəvi silahların yayılmaması haqda konvensiyaya qoşulmalıdır.

S. Lavrov bu gün Cenevrədə ABŞ dövlət katibi Con Kerri ilə görüş keçirəcək. O, BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahiminin də görüşdə iştirakını istisna etməyib: “Lahdar Brahimi və komandasının Cenevrədə olduqları nəzərə alınarsa, biz kimyəvi silah problemi ilə yanaşı, Cenevrə-2 konfransının perspektivlərinin müzakirə olunacağı üçtərəfli görüşün keçirilməsini də istisna etmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR