Azərbaycanda avtomobil məktəblini vuraraq öldürüb

Azərbaycanda avtomobil məktəblini vuraraq öldürüb
# 19 sentyabr 2013 10:05 (UTC +04:00)

Qəza Bakı-Quba yolunun 73-cü km-də, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

APA-nın şimal bürosunun məlumatına görə, Ağdam rayonu, Çəmənli kənd sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Cəlaloğlu idarə etdiyi “VAZ 21 044” markalı, 99 BS 414 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Xızı rayonu, Giləzi qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rəsul Fazil oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, R. Məmmədovun 11-ci sinif şagirdi olub, qəza o, müəllim yanından qayıdan zaman baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR