Azərbaycanda bank aktivlərinin həcmi son bir ildə 27% artıb

Azərbaycanda bank aktivlərinin həcmi son bir ildə 27% artıb
# 12 dekabr 2013 10:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 4 125,86 mln. manat və ya 26,7% artaraq 2013-cü il noyabrın 1-nə 19 604,06 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində aktivlərin həcmi 3 073,65 mln. manat və ya 18,6% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 13 711,0 mln. manat və ya ümumi aktivlərin 69,9%-ni təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 1 594,4 mln. manat investisiyalar, 1 006,7 mln. manat müxbir hesabları, 746,7 mln. manat nağd vəsaitlər, 809,1 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 1 736,2 mln. manat digər aktivlərin payına düşür.

Passivlərin tərkibində isə 8 594,3 mln. manat həcmində depozitlər, 6 535,0 mln. manat həcmində maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 244,2 mln. manat həcmində digər öhdəliklər olub. Passivlərin strukturunda kapitalın həcmi 3 230,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR