Hindistan kasıblar üçün ucuz ərzağa 18 mlrd. dollar xərcləyəcək

Hindistan kasıblar üçün ucuz ərzağa 18 mlrd. dollar xərcləyəcək
# 27 avqust 2013 04:48 (UTC +04:00)

Bakı-APA. Hindistan parlamentinin aşağı palatası əhalinin kasıb təbəqəsinin ucuz ərzaqla təminatı üçün 18 mlrd. dolların ayrılmasını nəzərdə tutan qanun layihəsinə səs verib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, deputatların fikrincə, bu, ilk növbədə açlıqla mübarizədə irəliyə addım olacaq.

Parlamentin yuxarı palatası müvafiq qanun layihəsini təsdiq edəcəyi təqdirdə qanun qüvvəyə minəcək.

Qanun layihəsinə əsasən, hindistanlıların 70% ucuz düyü və buğda əldə edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR