Sumqayıtda toy günü bəyin evindən oğurluq edilib - APA TV

Sumqayıtda toy günü bəyin evindən oğurluq edilib - <span style="color: red;">APA TV
# 09 sentyabr 2013 07:45 (UTC +04:00)

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, bir neçə gün əvvəl Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səməd Hüseyn oğlu Məmmədov polisə müraciət edərək evinin qarət edildiyini bildirib. Şikayət ərizəsində o qeyd edib ki, evindən 3000 manat dəyərində qızıl-zinət əşyaları, 700 manat pul və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ceyhun Yusifov və 1997-ci il təvəllüdlü Ceyhun Soltanov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR