Astarada ev yanıb - FOTO - VİDEO

Astarada ev yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 15:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 16-da saat 16.00 radələrində rayonun Telman kənd sakini, 1983-cü il təvəllüdlü Zaur Rzayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov dalğası gücləndiyindən hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən daha bir yanğınsöndürən maşın və canlı qüvvə çağırılıb. Bir saatdan artıq mübarizədən sonra yanğın lokallaşdırılmaqla onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 190 kvadratmetr olan ikimərtəbəli, 7 otaqlı ev içindəki avadanlıqlarla birlikdə yanaraq külə dönüb.

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə keçirilən ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR