Azərbaycanda vəhşi heyvanlar üzərində tədqiqatlar aparılıb

Azərbaycanda vəhşi heyvanlar üzərində tədqiqatlar aparılıb
# 24 iyun 2014 14:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu Helmintologiya laboratoriyasının əməkdaşları - laboratoriya müdiri Qara Fətəliyev, böyük elmi işçilər Mehbalı Yolçuyev, Reyhan İbrahimova və Yeganə Mahmudova ekspedisiyada olub. Zoologiya İnstitutundan APA-ya verilən xəbərə görə, ilk dəfə Lənkəran təbii vilayətində aparılan tədqiqatlar zamanı müxtəlif xarakterli landşaftlardan vəhşi heyvanlar - yırtıcı, gəmirici və su bataqlıq quşlarından helmintoloji materiallar toplanıb.

Tədqiqatın məqsədi Azərbaycanın bu bölgəsində parazit qurdlar faunasının növ tərkibini müəyyən etmək, onların insan və ev heyvanları üçün təhlükə yaradan başlıca helmintoz törədicilərini aşkar etmək və onlara qarşı mübarizə tədbirləri hazırlamaqdır. Tədqiqatlar zamanı gəmiricilərdən 7 boz siçovul, 11 ev siçanı, 6 meşə siçanı, 2 meşə süleysini, 8 ictimai çöl siçanı, yırtıcılardan isə 1 Amerika yenotu, 1 çaqqal, 2 tülkü tam helmintoloji yarma üsulu ilə tədqiq olunub. Toplanmış materialların növ tərkibinin təyin edilməsi üzrə işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR