Azərbaycan avtomobil idxalını 1% artırıb

Azərbaycan avtomobil idxalını 1% artırıb
# 16 dekabr 2013 12:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 93 686 ədəd avtomobil idxal olunub.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 858 maşın və ya 0,9% çoxdur.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 740 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 85 174 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 7 000 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 772 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR