Odlar Yurdu Universiteti TRT-nin baş direktoruna fəxri doktor diplomu təqdim edib

Odlar Yurdu Universiteti TRT-nin baş direktoruna fəxri doktor diplomu təqdim edib
# 30 sentyabr 2013 10:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Odlar Yurdu Universitetində TRT-nin daş direktoru İbrahim Şahinə fəxri doktor mükafatı təqdim edilib. APA-nın xəbərinə görə, İ. Şahinə fəxri doktor diplomu türk mədəniyyətlərinin dünyaya tanıdılmasında, Qarabağ problemi və Xocalı soyqırımının hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərlə əlaqədar verilib.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev çıxışında universitetinin yaranma tarixindən, Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edib. Daha sonra deputatlar Nizami Cəfərov, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və TRT-nin baş direktoru İbrahim Şahin çıxış edib.

Tədbirin sonunda İ. Şahinə universitetin fəxri diplomu və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR