AMEA-nın Əlyazmalar İnstitutunda Türkiyə Dövlət Arxivlərinin baş müdir yardımçısı ilə görüş keçirilib

AMEA-nın Əlyazmalar İnstitutunda Türkiyə Dövlət Arxivlərinin baş müdir yardımçısı ilə görüş keçirilib
# 29 noyabr 2013 10:00 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 28-də AMEA-nın Əlyazmalar İnstitutunda Türkiyə Baş Nazirliyi nəzdindəki Dövlət Arxivlərinin baş müdir yardımçısı Mustafa Budaqla görüş keçirilib.

İnstitutun direktor əvəzi Paşa Əlioğlunun APA-ya verdiyi məlumata görə, işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq sahəsində danışıqlar aparılıb, təcrübələrin bölüşdürülməsi işində anlaşma əldə olunub.

Görüşdə P.Əlioğlu Türkiyənin müxtəlif müəssisələri ilə faydalı əməkdaşlıqdan danış­ıb, Mustafa Budaqla və onun çalışdığı müəssisə ilə əlaqələrdən çox şey gözlədiyini bildirib.

M.Budaq çıxışında fəaliyyət göstərdiyi müəssisənin işi, özünün təcrübəsi barədə məlumat verib, Türkiyədə Azərbay­cana dair çoxlu sənədlərin mövcudluğunu qeyd edib: “Hesab edirəm ki, hər iki müəssisə - Əlyazmalar İnstitutu və Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivləri İdarəsi ara­sındakı əlaqələrin genişləndirilməsi, tariximizin, mədəniyyətimizin öyrənil­mə­sinə böyük fayda verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR