Şimal-qərb bölgəsində külək elektrik enerjisinin verilməsində problemlər yaradıb

Şimal-qərb bölgəsində külək elektrik enerjisinin verilməsində problemlər yaradıb
# 03 iyun 2013 19:38 (UTC +04:00)

Bakı. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsində əsən güclü külək bir sıra problemlərə səbəb olub. APA-nın məlumatına görə, təxminən saat 19.30-dan başlayan külək və yağış Balakən, Zaqatala, Qax, Şəki rayonlarında bəzi yerlərə elektrik enerjisinin verilməsində məhdudiyyətlərə səbəb olub. Belə ki, bir çox yerlərdə elektrik dirəkləri aşıb və nəticədə elektrik enerjisinin verilməsi dayanıb. Bundan əlavə, külək bəzi yerlərdə ağacları da aşırıb. Hazırda elektrik enerjisinin verilməsinin bərpası, həmçinin digər fəsadların aradan qaldırılması üzrə iş gedir. Məlumata əsasən, külək ərazidə fərdi evlərə və inzibati binalara ziyan vurmayıb. Külək və yağış isə artıq kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR