Polşada “Naxçıvan günləri” keçirilib

Polşada “Naxçıvan günləri” keçirilib
# 20 iyun 2014 16:53 (UTC +04:00)

Bakı - APA. İyunun 14-17-də Polşanın Krakov şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar “Naxçıvan günləri” keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun başçılığı ilə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan MR-in mədəniyyət və turizm naziri Sarvan İbrahimov, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan MR-dəki İdarəsinin rəisi Əsgər İsmayılov, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, AMEA Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, prorektoru Anar Kazımov və digər rəsmi şəxslər, iş adamları və Naxçıvan mədəniyyət xadimlərindən ibarət böyük nümayəndə heyəti iştirak edib.

“Naxçıvan günləri” çərçivəsində nümayəndə heyəti Krakov şəhər meriyasında görüş keçirib. Görüşdən sonra Krakov şəhər meri Naxçıvan nümayəndə heyəti üçün qəbul verib. Bununla yanaşı, Naxçıvan nümayəndə heyəti Polşa Elmlər Akademiyasının Krakov bölməsində, Polşanın nüfuzlu təhsil olacaqları olan Yagellon Universiteti, AGH Elm və Texnologiya Universiteti, İqtisadiyyat Universitetində görüşlər keçirib. Görüşlərin yekunu olaraq Polşa Elmlər Akademiyasının Krakov bölməsi ilə AMEA Naxçıvan Bölməsi arasında və Naxçıvan Dövlət Universiteti ilə İqtisadiyyat Universiteti arasında Əməkdaşlıq Niyyəti haqda sənədlər imzalanıb.

Tədbir çərçivəsində Naxçıvan və Krakovdan olan iş adamları arasında görüş keçirilib. Görüşün sonunda Naxçıvanın “Dizayn Holding” və Polşanın “STACO POLSKA” şirkətləri arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

“Naxçıvan günləri” çərçivəsində Naxçıvanın tarixi və müasir abidələrini, təbiət mənzərələrini əks etdirən foto sərgi nümayiş etdirilib. Sərgi polşalıların böyük marağına səbəb olub.

Tədbir Naxçıvan mədəniyyət xadimlərinin Krakov Opera teatrında keçirilən möhtəşəm konserti ilə yekunlaşıb. Konsert polşalıların böyük marağına səbəb olmuşdur. Konsertdən sonra Krakov meriyası, Naxçıvan MR-in nümayəndə heyəti və Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən Krakov şəhərinin elm və ictimai xadimləri və digərlərinin iştirakı ilə qonaqlar üçün birgə qəbul verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR