Azərbaycanda işə qəbul olunacaq müəllimlər and içəcəklər - VİDEO

Azərbaycanda işə qəbul olunacaq müəllimlər and içəcəklər - <span style="color: red;">VİDEO
# 20 may 2014 08:27 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” əksini tapıb.

Qaydalara əsasən and Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR