Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət müşaviri, skripkaçı Sabina Raxçeyeva britaniyalı leyboristlərin qarşısında çıxış edib - FOTO

Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət müşaviri, skripkaçı Sabina Raxçeyeva britaniyalı leyboristlərin qarşısında çıxış edib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 16:13 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 22-də azərbaycanlı skripkaçı Sabina Raxçeyeva və “Deco” ansamblının canlı ifası Leyboristlər Partiyasının builki Brayton konfransında iştirak etmək üçün yığışan nazirlərin, millət vəkillərinin və həmkarlar ittifaqlarının da daxil olduğu 200-dən çox nümayəndəni heyran edib. AAC-dan APA-ya verilən məlumata görə, Sabina Raxçeyeva Nyu York Culliyard Məktəbinin ilk azərbaycanlı məzunu olub və hazırda Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət müşaviri vəzifəsində çalışır. İstedadlı musiqiçilər standart, tanqo və öz kompozisiyaları ilə qarışıq şəkildə çıxış ediblər.

AAC-ın bu tədbiri Azərbaycan və Birləşmiş Krallıq arasındakı mövcud yaxın əlaqələrinin məlumatlandırılmasının artırılması məqsədilə təşkil olunub. Böyük Britaniya əsasən Xəzər dənizində neft-qaz tədqiqatı ilə bağlı BP-nin əməliyyatları vasitəsilə ölkənin aparıcı xarici birbaşa investisiya (BXİ) iştirakçısı kimi qalmaqda davam edir. Bu il, Trans-Adriatik boru kəmərinin (TAP) tikintisini asanlaşdırmaq üçün nəzərdə tutulan müqavilələr tamamlandığına görə, Azərbaycan AB-yə daha da yaxınlaşdı. Tamamlanması 2018-ci ilə planlaşdırılan bu qaz kəməri Azərbaycan qazını Türkiyənin Avropa sərhədindən İtaliyaya apararaq AB-nin enerji təhlükəsizliyinin təmin olunmasına və təchizat müxtəlifliyinə şərait yaradacaq.

Böyük Britaniyanın keçmiş idman və turizm naziri, deputat Gerri Satklif deyib: “Böyük Britaniya Azərbaycanın ən böyük investorudur. Ölkələr arasında sıx iqtisadi, mədəni və idman əlaqələri mövcuddur. Mən bu ölkəyə iki dəfə səfər etmişəm, Ermənistanla davam edən münaqişənin qurbanları olan qaçqın və məcburi köçkünlərlə, habelə müxalifət millət vəkilləri, insan hüquqları qrupları və həmkarlar ittifaqları ilə bir sıra görüşlər keçirmişəm. Azərbaycan Qərbi Avropa standartında tam demokratiya yolunda irəliləyən gənc ölkədir. Bu ölkənin bizim dəstəyimizə ehtiyacı var və bu dəstəyə layiqdir”.

AAC-ın direktoru Lionel Zetter isə çıxışında bildirib ki, Azərbaycan yalnız enerji ehtiyatları ilə deyil, mədəniyyəti ilə də zəngin bir ölkədir: “Biz bütün partiya konfranslarında iştirak edirik və Britaniyanın bütün siyasi partiyaları tərəfindən dəstəklənməyimizlə fəxr edirik”.

Sonda AAC-ın “The House Magazine” jurnalında çap olunan məqaləsi konfransda iştirak edən minlərlə partiya üzvünə paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR