Azərbaycanın regionlarında əhali pulsuz tibbi müayinə olunacaq

Azərbaycanın regionlarında əhali pulsuz tibbi müayinə olunacaq
# 10 iyun 2014 14:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən Azərbaycanın regionlarında yaşayan əhaliyə pulsuz tibbi yardım göstəriləcək. APA-nın xəbərinə görə, RDM-in baş həkimi Rauf Ağayev bildirib ki, Respublika Diaqnostika Mərkəzinin yaranmasının ilk günlərindən regionlarda fəaliyyət göstərən tibb müəssisələri ilə daim əməkdaşlıq edir və bunun nəticəsi olaraq dəfələrlə yerlərdə əhaliyə konsultativ və müalicə tibbi xidmət göstəriblər. O deyib ki, bu fəaliyyətin davamı olaraq regional tibb ocaqları ilə əməkdaşlıq çərçivəsində müəssisədə çalışan bir sıra yüksək ixtisaslı mütəxəssislər tibb işçilərinin günü ərəfəsində, yəni iyunun 14-də Şirvan şəhərində Müalicə Diaqnostika Mərkəzinə ezam olunaraq yerli əhaliyə konsultativ tibbi xidmət göstərəcəklər: “Şirvan və ətraf rayonlarda əhaliyə 7 tibb sahəsi üzrə xidmət göstəriləcək. Formalaşan tibbi briqadanın tərkibinə baş həkim olmaqla 7 mütəxəssis - ginekoloq, pediatr, otolarinqoloq, kardioloq, ürək-damar cərrahı, oftalmoloq, şüa-diaqnostikası üzrə həkimlər daxildir. Həmin gün həkimlər Şirvan şəhər və qonşu rayonlarda (Hacıqabul, Salyan, Sabirabad) yaşayan sakinlər qəbul ediləcək və onlara tibbi xidmət göstəriləcək. Mütəxəssislərin regionlara ezam olunması yalnız yerlərdə çalışan həkimlərlə əməkdaşlıq etmək, onlara metodik tövsiyələr vermək və vətəndaşlara lazımi yardım etmək məqsədi daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR