Gəncədə qonşu qonşunu bıçaqlayıb

Gəncədə qonşu qonşunu bıçaqlayıb
# 17 iyun 2014 07:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini qonşusunu bıçaqlayıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin dəmir yol vağzalı istiqamətində yerləşən “Qələbə” parkında baş verib. Şəhər sakini, 24 yaşlı Elton Əliyev qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən E. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, Elton Əliyevi şəhər sakini, onun qonşusu 23 yaşlı Kamran Məmmədov bıçaqlayıb. K. Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəSində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR