Rusiya xarici işlər nazirinin müavini və Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi arasında növbəti görüş keçirilib

Rusiya xarici işlər nazirinin müavini və Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi arasında növbəti görüş keçirilib
# 20 sentyabr 2013 08:06 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Praqada Rusiya xarici işlər nazirinin Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti görüş keçirilib.

APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin normallaşması barədə qeyri-formal dialoq davam etdirilib, iyunda keçirilən son görüşdən ötən dövr ərzindəki qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər ticarət və nəqliyyat sahəsində pozitiv dinamikanı qeyd ediblər, mütəmadi aviaəlaqələrin bərpası haqqında məsləhətləşmələr keçiriblər. Növbəti görüşün bu ilin dekabrında keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR