Bakının bir neçə rayonunu qazsız qoyan qəzanın nəticələri aradan qaldırılıb - YENİLƏNİB

Bakının bir neçə rayonunu qazsız qoyan qəzanın nəticələri aradan qaldırılıb - <span style="color: red;">YENİLƏNİB
# 01 fevral 2014 11:41 (UTC +04:00)

APA-Economics”in ARDNŞ-ın saytına istinadən xəbərinə görə, havaların soyuması ilə əlaqədar ARDNŞ-də yaradılmış operativ qərargahın rəhbərliyi ilə “Azəriqaz” İB və Qaz İxrac İdarələrinin təmirçiləri çevik şəkildə səfərbər olunub, onların gərgin əməyi nəticəsində artıq “Digah - Böyük-Şor” magistral qaz kəmərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Yaxın saatlarda həmin rayonlara qazın məhdudiyyətsiz verilişi bərpa olunacaq.

* * *

Saat 11:17

Bakı - APA-Economics. Bu gün Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan Nərimanov və Nizami rayonlarının, Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR