Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri İranın Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri İranın Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb
# 21 iyun 2014 14:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Naxçıvan Muxtar Respublikasının (NMR) kənd təsərrüfatı naziri Elşad Əliyev İranın Qərbi Azərbaycan vilayətində səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, E. Əliyev səfər çərçivəsində İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadətlə görüşüb.

E. Əliyev muxtar respublikanın İranla müxtəlif sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib. İranın Qərbi Azərbaycan vilayətinin kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı sahəsində sənaye avadanlıqlarının istehsalında mühüm inkişafa nail olduğunu deyən gələcəkdə muxtar respublika ilə İranın Qərbi Azərbaycan vilayəti arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.

Öz növbəsində Q. Səadət İranın Qərbi Azərbaycan vilayətinin kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübənin NMR-lə bölüşməkdə maraqlı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR