“Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub

“Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
# 12 sentyabr 2013 08:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr edib.

Tarix İnstitutundan APA-ya verilən məlumata görə, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən monoqrafiya erməni işğalı altında qalan qədim Azərbaycan yurdu Qubadlının tarixi haqqındadır. Əsər ən qədim zamanlardan yaşadığımız günlərədək Qubadlı tarixini əhatə edir. Tədqiqatda Qubadlının qədim Azərbaycan torpağı Zəngəzurun ayrılmaz tərkib hissəsi olması təkzibolunmaz tarixi faktlar və arxiv sənədləri əsasında sübut olunur. Əsərdə Qubadlı sakinlərinin erməni işğalçılarına qarşı mübarizəsinə, erməni təcavüzkarlarının rayon ərazisində törətdikləri dağıntılara, tarixi abidələri məhv etmələrinə və törətdikləri vəhşiliklərə dair faktlara geniş yer verilib. 5 fəsildən ibarət olan monoqrafiya elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Monoqrafiyanın yığcam variantı rus və ingilis dillərində də nəşr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR