«Azər-Türk Bank» yeni pulköçürmə sisteminə qoşulub

«Azər-Türk Bank» yeni pulköçürmə sisteminə qoşulub
# 11 sentyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC «Zolotaya Korona» sürətli pulköçürmə sisteminə qoşulub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu sistem vasitəsilə bankda hesab açmadan Azərbaycan, MDB ölkələri, Türkiyə və Çin istiqamətində pul köçürmələri həyata keçirmək olar.

Göndərilən pulu artıq bir neçə dəqiqədən sonra almaq mümkündür. «Zolotaya Korona» sistemi ilə pul köçürmək üçün bankın filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaq kifayətdir. Qeyd edək ki, pul köçürmələri ABŞ dolları, avro və rubl ilə həyata keçirilir.

Ətraflı məlumat üçün bütün mobil rabitə operatorları və şəhər nömrələrindən (012) 945 nömrəsinə zəng edərək və yaxud www.azerturkbank.biz veb-saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR