Milis Kiyevin Müstəqillik meydanında 31 nəfərin saxlandığını təsdiqləyib, ABŞ səfiri dinc aksiyaçılara zor tətbiq olunmasını pisləyib

Milis Kiyevin Müstəqillik meydanında 31 nəfərin saxlandığını təsdiqləyib, ABŞ səfiri dinc aksiyaçılara zor tətbiq olunmasını pisləyib
# 30 noyabr 2013 09:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Kiyev milisinin mətbuat xidmətinin rəhbəri Olqa Bilık bildirib.

“Xuliqanlıq etdiyinə və müqavimət göstərdiyinə görə 31 nəfər saxlanıb. Onlar Şevçenko Rayon Milis İdarəsinə gətiriliblər. Saxlanılanlardan əksəriyyəti inzibati qaydada protokol tərtib edilməklə sərbəst buraxılıb”, - deyə O. Bilık qeyd edib.

Aksiya iştirakçılarına qarşı zorakılıq hallarına yol verilməsi ABŞ-ın Ukraynadakı səfirinin etirazına səbəb olub.

Səfir Cefri Payett Kiyevdə dinc əhaliyə qarşı güc tətbiq olunmasını pisləyib.

Qeyd edək ki, Ukrayna milisi avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik meydanında keçirdiyi aksiyanı dağıdıb.

DİN-in xüsusi təyinatlı “Berkut” dəstəsi yerli vaxtla səhər saat 4:00-da meydanda bir neçə yüz insanın qalmasından istifadə edərək aksiya iştirakçılarını qovub.

Aksiyanın dağıdılması zamanı onlarla insanın xəsarət aldığını və həbs olunduğunu bildirilir.

Hazırda meydan milis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Kommunal xidmətlərin əməkdaşları orada təmizlik işləri görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR