Mühərrikində nasazlıq yaranmış Rusiya gəmisi xilasedici yedək gəmisinin müşayiəti ilə təhlükəsiz lövbər dayanacağına gətirilir

Mühərrikində nasazlıq yaranmış Rusiya gəmisi xilasedici yedək gəmisinin müşayiəti ilə təhlükəsiz lövbər dayanacağına gətirilir
# 28 noyabr 2013 13:37 (UTC +04:00)

Administrasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Rusiya Federasiyasının Dövlət bayrağı altında üzən “Sona” gəmisi Azərbaycanın ərazi sularında Cilov adası ilə Neft daşları arasında “Hərəkətin Bölünmə Sistemi”nin bölünmə zolağında baş mühərriklərindən birinin istismar zamanı nasaz vəziyyətə düşməsi səbəbindən lövbərə durub. Bu rayonda saat 05.00. radələrində şimal küləyinin sürəti 20-25 m/s olduğundan gəminin idarə olunmasının mümkünsüzlüyünü görən gəmi kapitanı durmaq qərarı verib.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Dövlət Dəniz Administrasiyasında fəaliyyət göstərən “Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi”nin operatoru Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinə (FHN-BVİM) və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə (DSX-SM) operativ məlumatı müvafiq təlimatlara uyğun olaraq ötürüb.

Hazırda Rusiya bayrağı altında üzən gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin “AVİOR” xilasedici yedək gəmisinin müşayiəti ilə Azərbaycan Respublikasının təhlükəsiz lövbər dayanacağına gətirilir. Gəminin daxili sulara ehtimal olunan gəlişi 29 noyabr 2013-cü il saat 02:00-dır.

Qeyd edək ki, gəminin uzunluğu 82.50 m., eni 11.40 m., hündürlüyü 5.80 m.-dir.

1989-cu ildə inşa olunan gəminin heyət üzvü 11 nəfərdir. Quru yük gəmisi olan gəmi Həştərxan-Bakı-Əmirabad (İran) reysi üzrə səfər etməliymiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR