Rusiyanın Polşadakı səfirliyi önündə polis köşkünü yandırmaqda təqsirləndirilən gənc həbs edilib

Rusiyanın Polşadakı səfirliyi önündə polis köşkünü yandırmaqda təqsirləndirilən gənc həbs edilib
# 14 noyabr 2013 15:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, səfirlik yaxınlığındakı zibil qabını da yandırmaqda ittiham olunan gənc özünü günahkar saymadığını bəyan edib.

Qeyd edək ki, noyabrın 11-də Varşavada Polşanın müstəqillik gününə həsr olunmuş yürüşün iştirakçıları Rusiya səfirliyi önündəki polis postunu və yaxınlıqdakı zibil konteynerini yandırıb. Sonra səfirliyin binasına daş, şüşə qablar və petardalar atılıb. Bir neçə nəfər binanın qapılarını sındırmağa cəhd edib. Səfirliyin hasarına “Kommunistləri rədd edin” və “Quldurların Qızıl Ordusu” sözləri yazılmış şüarlar yapışdırılıb.

Rusiya Polşadan baş verənlərə görə rəsmi üzr istəməyi və dəyən zərərin ödənilməsini tələb edib. Polşa prezidenti Bronislav Komorovski noyabrın 11-də “Müstəqillik marşı” zamanı Rusiya səfirliyinin binası ətrafında törədilən əməllərə görə üzr istəyib. O, diplomatik missiyanın yaxınlığında baş verənləri skandal adlandıraraq, buna heç cür bəraət qazandırmaq mümkün olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR