Bayram Səfərov: “Qarabağ əlilinin özünü yandırması xoşagəlməz hadisədir”

Bayram Səfərov: “Qarabağ əlilinin özünü yandırması xoşagəlməz hadisədir”
# 28 dekabr 2013 10:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Qarabağ əlilinin özünü yandırması xoşagəlməz hadisədir. Bunun qarşısı vaxtında alınsaydı, daha yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov II qrup Qarabağ əlili Zaur Həsənovun özünü yandırmasına münasibət bildirərkən deyib.

B. Səfərov qeyd edib ki, bu hadisə dövlətin apardığı siyasət, görülən işlər baxımından xoşagəlməz hadisədir, belə olmamalı idi: “İnsanlarda müəyyən əsəb gərginliyi olur. Mən istəmirəm ki, Azərbaycanda belə hadisələr baş versin, düşmənlər bundan bizə qarşı istifadə eləsin. Biz çalışmalıyıq ki, bütün məsələlərdə həmrəy olaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR