Ukrayna ordusu Rusiya ilə sərhəddəki “Doljanski” buraxılış məntəqəsinə nəzarəti bərpa edib

Ukrayna ordusu Rusiya ilə sərhəddəki “Doljanski” buraxılış məntəqəsinə nəzarəti bərpa edib
# 01 iyul 2014 19:39 (UTC +04:00)

Bakı-APA. Ukrayna Silahlı Qüvvələri bir müddət əvvəl separatçılar tərəfindən zəbt edilən “Doljanski” buraxılış məntəqəsinə nəzarəti bərpa edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Dövlət Sərhəd Xidməti ilə birgə “Doljanski” buraxılış məntəqəsinə nəzarəti ələ alaraq onun fəaliyyətini bərpa ediblər”, deyə prezidentin saytında bildirilir.

Məlumata görə, sapyorlar NBM ərazisini minalardan təmizləyərək ümumilikdə 35 partlayıcı qurğu zərərsizləşdiriblər.

Xatırladaq ki, Pyotr Poroşenko iyulun 1-də ölkənin şərqində atəşkəs rejiminin sona çatdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR