Moskva vilayətində hosteldə yanğın baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, yanğın nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yanğın bu gün səhər saat dörd radələrində Moskva vilayətinin İstra şəhərinin Padikovo kəndində baş verib. Yanğının sahəsi 80 kvadrat metr olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi zamanı 6 nəfərin meyitini aşkarlayıblar.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Daha iki nəfər xəstəxanaya yerləşdirilib.