Rusiyanın Jeleznovodsk şəhərinin meri yol qəzasında ölüb

Rusiyanın Jeleznovodsk şəhərinin meri yol qəzasında ölüb
# 12 oktyabr 2013 21:50 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Stavropol diyarında baş vermiş yol nəqliyyat nəticəsində Jeleznovodsk şəhərinin meri Vladimir Silantyev ölüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in bölgə üzrə baş idarəsinin açıqlamasında deyilir. Məlumata görə, qəza bu gün yerli vaxtla saat 12.00 radələrində Stavropol-Srnqileyevskoye yolunda baş verib.

Vladimir Silantyevin özü idarə etdiyi Land Rover Defender markalı avtomobil yoldan çıxaraq aşıb. Jeleznovodsk şəhərinin meri aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR