Kiyevdə meriya binasını müxalifətçilərdən geri almaq cəhdi baş tutmayıb, toqquşmalar davam edir - FOTO

Kiyevdə meriya binasını müxalifətçilərdən geri almaq cəhdi baş tutmayıb, toqquşmalar davam edir - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 09:20 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, “Berkut”un ilk cəhdi uğursuz olub. Binanın içərisində barrikadalar quran insanlar yuxarı mərtəbələrdən milislərin üstünə qaynar su töküblər. Xüsusi təyinatlılar geri çəkilərək avtobuslara doluşublar. Mitinqçilər isə dərhal avtobusları mühasirəyə alıblar. Meriya binasına doğru əlavə milis qüvvələrinin gəlməsinin də qarşısı alınıb.

Müstəqillik meydanındakı insanlar isə Mixaylovsk və Kostelnı küçələrinin kəsişdiyi nöqtədən meydana girməyə çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının qarşısını alıblar və onları geri çəkilməyə məcbur ediblər.

Kiyev küçələrində qarşıdurma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR