Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 14 avqust 2013 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 16:00-dək “Albalılıq” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Albalılıq ərazisi və Binə qəsəbəsinin Atçılıq adlanan yaşayış sahəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR