Respublika Seysmoloji Xidmət Mərkəzinin yeni saytı istifadəyə verilib

Respublika Seysmoloji Xidmət Mərkəzinin yeni saytı istifadəyə verilib
# 23 yanvar 2014 11:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yeni saytı istifadəyə verilib.

RSXM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saytda Mərkəzin yaranması, strukturu, zəlzələlərin təcili məlumat bürosu, elmi əlaqələr, xəbərlər və digər sahələr üzrə məlumatlar yerləşdirilib.

Yeni saytda oxucular ölkə ərazisində baş vermiş zəlzələlər, RSXM-in 35 telemetrik seysmik stansiyaları və onların yerləşdiyi ərazilərə dair ətraflı məlumat ala biləcəklər. Həmçinin vətəndaşların öz fikir və təkliflərini, müraciətlərini yazması üçün əlaqə bölməsində elektron poçt da yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR