«Kredobank»ın aktivləri I rübdə 18% artıb

«Kredobank»ın aktivləri I rübdə 18% artıb
# 15 may 2013 13:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kredobank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 108,549 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,5% artaraq 90,038 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 17,959 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə nisbətən 23,3% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 1,9 dəfə artaraq 21,910 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 9,9 faiz bəndi artaraq 24,3%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 0,6% artaraq 15,843 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 14,293 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,8% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 65,7% artaraq 37,690 mln. manat, o cümlədən nizamnamə kapitalı 70,6% artaraq 35,041 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 7,9% artaraq 31 517, o cümlədən fiziki şəxslərin sayı 8,4% artaraq 28 484, hüquqi şəxslərin sayı 3,9 % artaraq 3 033 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 400-ə bərabər olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur. O cümlədən, debet kartların sayı 2,5 dəfə artaraq 360-a, kredit kartların sayı 33,3% artaraq 40-a çatıb.


Hazırda bankın ölkə üzrə 16 filialı, 5 bankomatı, 63 POS-terminalı fəaliyyət göstərir. Bankın 177 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR