Azərbaycan İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb
# 24 sentyabr 2013 19:41 (UTC +04:00)

Bakı-APA. Azərbaycan üzgüçülük üzrə yarışlarda İslam Həmrəyliyi Oyunlarının medalını qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 3-cü İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında Azərbaycan idmançısı Yevgeni Lazuka baterflyay üsulla 50 metr məsafəyə üzmədə 24.61 saniyə nəticə ilə gümüş medal qazanıb.

Bu 24 yaşlı idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudur. Belarus yığmasının heyətində isə yeniyetmələr arasında Avropa və dünya çempionu olub.

Qeyd edək ki, London olimpiadasında ölkəmizin şərəfini qorumuş Y.Lazuka bildirib ki, o bu il avqustda Barselonada keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə göstərmişdi - 24.14 saniyə.

İdmançımız sabah 3-cü İslam Oyunlarında ikinci medalını qazana bilər. Bunun üçün batterflyay üsulla 100 metr məsafəyə ən tez üzən 3 nəfərdən biri olmalıdır.

Sentyabrın 25-də isə Y.Lazuka sərbəst üsulla 50 metr məsafəyə uzəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR