Təhsil Nazirliyi orta məktəblərdə hərbi hazırlıq dərslərinin keçirilməsinə dair nəzərdə tutulmuş yenilikləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə hərbi hazırlıq dərslərinin keçirilməsinə dair nəzərdə tutulmuş yenilikləri açıqlayıb
# 23 sentyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində orta məktəblərdə ibtidai hərbi hazırlıq dərslərinin keçirilməsinə dair nəzərdə tutulmuş yenilikləri açıqlayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, ümumtəhsil məktəblərində hazırda “İbtidai hərbi hazırlıq” deyil, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni tədris olunur: “Bu fənnin keyfiyyətli tədrisi həmişə diqqət mərkəzində saxlanıb. 2013-2014-cü dərs ilində fənnin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş bir sıra tədbirlər müəyyənləşdirilib, yerli təhsil orqanlarına Təhsil Nazirliyinin müvafiq təlimati məktubu göndərilib. Dərs ili ərzində nəzərdə tutulan tədbirlərin icrasına davamlı olaraq nəzarət həyata keçiriləcək, tədbirlər aparılacaq, müvafiq təkliflər hazırlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR