İsrailin Azərbaycandakı səfiri Zaqatalaya səfər edib - VİDEO

İsrailin Azərbaycandakı səfiri Zaqatalaya səfər edib - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2013 12:06 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Zaqatala rayonuna səfər edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səfər zamanı səfir Rafael Harpazı həyat yoldaşı Şulamit Harpaz, Missiya rəhbərinin müavini Ronen Krausz, səfirliyin İqtisadi və Ticarət Əlaqələri Departamentinin direktoru Hökumə Kərimova, kənd təsərrüfatı mütəxəssisi Qabi Eliaz, “AZROM” şirkətinin beynəlxalq satış üzrə meneceri Eran Lukaç müşayiət edib.

R.Harpazın Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşündə iki ölkə arasında texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə, turizm sahələrindəki uğurlu əməkdaşlığı müzakirə edilib. Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edən səfir İsrailin bu sahədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini açıqlayıb. Səmimi keçən görüş zamanı İsrailin enerji sahəsində Azərbaycanın təcrübəsindən, Azərbaycanın isə Milli Su Proqramının hazırlanmasında İsrail təcrübəsindən istifadəsinin əhəmiyyəti vurğulanıb.

Günün ikinci yarısında R.Harpazın rayonda fəaliyyət göstərən Tütün qurutmaxanaları və tütün emalı zavodu, Zaqatala fındıq zavodu, Zaqatala çay fabrikində istehsal prosesi, eləcə də yeni təmir olunmuş “Dədə Qorqud” meydanı, Zaqatala Qalası və Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı ilə tanışlığı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR