Azərbaycanda yerli sənaye məhsulları üçün xammal istehsal olunacaq fabrik tikiləcək

Azərbaycanda yerli sənaye məhsulları üçün xammal istehsal olunacaq fabrik tikiləcək
# 23 sentyabr 2013 07:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yaxın 3-5 il ərzində Azərbaycanda ilk dəfə olaraq melomin fabriki tikiləcək. Bu sahədə birinci olacaq zavodda metanoldan ildə 60 min tondan artıq melomin maddəsi alınacaq.

Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Metanol Şirkəti (AzMeCo) Direktorlar Şurasının sədri Nizami Piriyev deyib.

Onun sözlərinə görə, melomin fabriki yerli sənayenin inkişafına böyük yardım edəcək: “Melomin yerli sənaye üçün ən mühüm xammal olacaq. Çünki məhz bu maddə sayəsində qab-qacaqlar, evlərdə günəş çətirləri üçü pambıq parça, melomindən hazırlanmış dekorativ döşəmə yaşmağı, aerozollar, dezinfeksiyaedici vasitələr, ətirlər, həlledicilər, ağac-yonqar lövhələr, laminasiya edilmiş ağac materialları, neylon xalçalar, porolon döşəklər, boyalar, tökmə elektrik məmulatları, dam örtüyü üçün yapışqanlar, vinil yapışqanlar, daşıyıcı faner lövhələr, poliefir lifli xalça, kompüter diskləri, gübrə və s. əldə etmək olar”.

N.Piriyev əlavə edib ki, melomin fabrikdən həmçinin çoxlaylı laminat, boyalar, o cümlədən avtomobillər üçün ekoloji təmiz yanacaq, poliefir lifli xalça və parça, termoplastik bamper və enerjiuducu, avtomobillərdə arxa fənərlərin səpələyici linzaları, avtomobil kuzovlarının panelləri, külək şüşələrinin yuyulması üçün mayelər və başqa məhsullar istehsal olunacaq.

Qeyd edək ki, Azərbaycan Metanol Şirkəti (AzMeCo) melomin sahəsində Avropa şirkətləri ilə birgə müəssisə yaradılmasını da nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR