Məzahir Pənahov: “Prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələri efir vaxtından sui-istifadə etməməlidir”

Məzahir Pənahov: “Prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələri efir vaxtından sui-istifadə etməməlidir”
# 16 sentyabr 2013 10:28 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Namizədlər və onların səlahiyyətli nümayəndələri çıxışlar zamanı efir imkanlarından sui-istifadə hallarına yol verməməli, seçki qanunvericiliyinə əməl edərək, konstruktiv siyasi debatlara üstünlük verməli, bir-birinin və başqalarının şəxsiyyətini alçaldan çıxışlar etməməli, aparıcının sözlərinə əməl etməlidirlər”.

APA-nın məlumatına görə, bu açıqlamamı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib. O əlavə edib ki, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri debatlarda iştirak etməzdən əvvəl MSK-nı məlumatlandırmalıdırlar: “Bu da sonradan təşkilati məsələlərdə problemin yaranmaması üçün həyata keçirilir. Yaxşı olar ki, debatda müzakirə olunacaq mövzuları səlahiyyətli nümayəndələr özləri müəyyənləşdirsinlər”.

M. Pənahov səlahiyyətli nümayəndələrin diqqətinə yönələn bəzi texniki məsələlər haqda da danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR