Ermənistanda krediti ödəyə bilməyən fermerlər yolu bağlayıblar

Ermənistanda krediti ödəyə bilməyən fermerlər yolu bağlayıblar
# 16 may 2013 04:07 (UTC +04:00)

Bakı-APA. Ermənistanın Armavir vilayətinin Marqara və digər kəndlərinin sakinləri yenidən respublika əhəmiyyətli Armavir-İrəvan yolunu bağlayıblar. Bu barədə APA Armenia Today-ə istinadən məlumat verir.

Bu dəfə kəndlilər kommersiya bankının nümayəndələrinin kəndə gələrək kənd təsərrüfatı kreditlərinin ödənilməsi barədə xəbərdarlıq etmələrinə qarşı etiraz aksiyası keçiriblər. Mayın 13-də isə kəndlilər dolu yağması nəticəsində dəyən ziyanın ödənilməsi tələbi ilə aksiya keçirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR