Azərbaycanın bölgələrində maye qazın qiyməti qalxıb - FOTO

Azərbaycanın bölgələrində maye qazın qiyməti qalxıb - <span style="color: red;">FOTO
# 09 dekabr 2013 14:51 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad və Saatlıda aparılan müşahidələr zamanı məlum olub ki, yanacaqdoldurma məntəqələrində maye qaz artıq dünəndən etibarən 35 qəpik/litr, bəzi hallarda isə hətta 40-45 qəpik/litr qiyməti ilə satılır. Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir.

Xatırladaq ki, Tarif Şurası tərəfindən bu yaxınlarda bəzi yanacaq növlərinin pərakəndə satış qiyməti artırılsa da, maye qazın qiyməti dəyişməz (30 qəpik/litr) saxlanılıb.

Energetika Nazirliyindən isə APA-ya bildirilib ki, bu faktla bağlı Nazirlikdə heç bir məlumat yoxdur. Lakin Nazirlik bu faktların araşdırılacağını və lazımi tədbirlərin görüləcəyini qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR