Mədinədə oteldə baş vermiş yanğın nəticəsində 15 zəvvar ölüb, 100-dən çox insan xəsarət alıb

Mədinədə oteldə baş vermiş yanğın nəticəsində 15 zəvvar ölüb, 100-dən çox insan xəsarət alıb
# 08 fevral 2014 18:51 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Səudiyyə Ərəbistanına ümrə həccinə gələn zəvvarlardır.

Məlumata görə, ölənlərin əksəriyyəti Misir vətəndaşlarıdır. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Sky News Arabia telekanalının məlumatına görə, alov artıq yuxarı mərtəbələrə keçib. Binada hələ də köməyə ehtiyacı olan insanların qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR