Bakıda zavoddan oğurluq etmək istəyən şəxslər tutulub

Bakıda zavoddan oğurluq etmək istəyən şəxslər tutulub
# 20 noyabr 2013 07:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda zavoddan oğurluq etmək istəyən şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 18-də saat 20:00 radələrində Ziya Bünyadov prospektində yerləşən zavoddan orada mühafizəçi işləyən Arzuman Əhmədov və Elman Məmmədov Aslan Kərimovun idarə etdiyi «KamAZ» markalı yük avtomobili ilə 20 ton qara metal oğurlamaq istəyən zaman Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR