AŞPA-nın Azərbaycandakı seçkilər üzrə müşahidə missiyasının rəhbəri MDB Parlament Assambleyasının müşahidəçiləri ilə görüşüb

AŞPA-nın Azərbaycandakı seçkilər üzrə müşahidə missiyasının rəhbəri MDB Parlament Assambleyasının müşahidəçiləri ilə görüşüb
# 03 oktyabr 2013 09:40 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. AŞPA-nın Azərbaycandakı seçkilər üzrə müşahidə missiyasının rəhbəri Robert Valter MDB Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə MDB PA-nın Azərbaycandakı seçkilər üzə müşahidəçilər qrupunun koordinatoru, Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski, MDB PA Şurasının baş katibi Aleksey Sergeyev, Belarus Milli Məclisinin üzvü Nikolay Samoseyko, Qazaxıstan Parlament Senatının üzvü Ermek Jumabayev və Qırğızıstan parlamentini üzvü Bolot Şer iştirak ediblər.

Tərəflər müşahidə missiyalarının hazırlığı, qrupların tərkibi və vəzifələri, qısamüddətli monitorinq və səsvermə günü əməkdaşlıq barədə müzakirə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR