BMT baş katibi Suriyanın kimyəvi silahı qadağan edən konvensiyaya qoşulması barədə bəyanatını alqışlayıb

BMT baş katibi Suriyanın kimyəvi silahı qadağan edən konvensiyaya qoşulması barədə bəyanatını alqışlayıb
# 13 sentyabr 2013 02:51 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun Suriyanın kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulması barədə bəyanatını alqışlayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mətbuat xidmətinin açıqlamasında deyilir.

“Baş katib hadisələrin bu cür inkişafını alqışlayır və konvensiyanın depozitarisi olaraq uzun müddət bütün ölkələri ona qoşulmağa çağırıb”, deyə BMT-nin mətbuat xidməti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR