Təhsil Nazirliyinin narkomaniyaya qarşı mübarizə ilə bağlı Tədbirlər planı təsdiqlənib

Təhsil Nazirliyinin narkomaniyaya qarşı mübarizə ilə bağlı Tədbirlər planı təsdiqlənib
# 09 sentyabr 2013 07:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər planının təsdiqi barədə əmr imzalayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrdə Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək tapşırılıb. Təsdiq edilən Tədbirlər Planının siyahısı nazirliyin rəsmi internet saytında (http://edu.gov.az/upload/file/emr767-2013-elave.pdf) yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR