Azərbaycanda bank aktivləri son bir ildə 27% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 27% artıb
# 08 noyabr 2013 13:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 4 084,77 mln. manat və ya 26,7% artaraq 2013-cü il oktyabrın 1-nə 19 400,46 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində bank aktivləri 2 870,05 mln. manat və ya 17,4% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 13 546,2 mln. manat, ümumi aktivlərdə xüsusi çəkisi isə 69,8% təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 1 589,7 mln. manat həcmində investisiyalar, 976,4 mln. manat - müxbir hesabları, 807,1 mln. manat - nağd vəsaitlər, 795,5 mln. manat - maliyyə sektoruna verilən kredit və depozitlər var, daha 1 685,6 mln. manat digər aktivlərin payına düşür.

Passivlərin tərkibində isə 8 570,1 mln. manat depozitlər, 6 507,9 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 168,9 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin strukturunda kapitalın həcmi 3 153,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR