Bakı-Qazax yolunda baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO

Bakı-Qazax yolunda baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2013 10:26 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Bakı-Qazax yolunda dəhşətli yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə sentyabrın 15-də axşam radələrində Hacıqabul rayonunun, Padar kəndi ərazisində, Bakı-Qazax yolunun 161-ci kilometrliyində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər - Bakı sakinləri, 1986-cı il təvəllüdlü Kərəmov Emil Əkbər oğlu və 2004-cü il təvəllüdlü İsayev Tural Səbuhi oğlu hadisə yerində dünyasını dəyişib.

Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan, Hacıqabul və Kürdəmir rayon xəstəxanalarına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alətlərdən istifadə edərək yaralanan sərnişinlərdən birini avtomobildən çıxarıb və təcili yardım xidmətinə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq idarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR