Böyük Britaniya Əfqanıstanda prezident seçkilərinin keçirilməsi üçün 33 milyon dollar ayırıb

Böyük Britaniya Əfqanıstanda prezident seçkilərinin keçirilməsi üçün 33 milyon dollar ayırıb
# 11 fevral 2014 03:22 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu parlamentdə çıxışı edərək Böyük Britaniyanın müdafiə naziri Filip Hammond bəyan edib. O, seçkilərin Əfqanıstanın gələcəyi üçün çox mühüm, həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Əfqanıstanda prezident seçkilərinin aprelin 5-də keçirilməsi nəzərdə tutulub. Ali dövlət postuna 11 namizəd iddialıdır. O cümlədən, 2009-cu ilin seçkilərində ikinci yeri tutmuş Əfqanıstanın sabiq xarici işlər naziri Abdulla Abdulla, hazırkı prezidentin qardaşı Kayum Karzaq və ölkənin sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay. Konstitusiyaya uyğun olaraq prezident Həmid Karzayın üçüncü müddətə namizədliyi irəli sürülə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR