Masallıda fərdi evdə yanğın olub

Masallıda fərdi evdə yanğın olub
# 18 sentyabr 2013 06:53 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 18-də gecə saat 03.00 radələrində rayonun Dadva kəndində 1955-ci il təvəllüdlü Fərəməz Vahid oğlu Kərimova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə bir yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR