“TuranBank”da vaxtı keçmiş kreditlərinin həcmi artıb

“TuranBank”da vaxtı keçmiş kreditlərinin həcmi artıb
# 25 aprel 2014 13:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “TuranBank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 285,880 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,4% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,3% artaraq 181,855 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 42,64 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 5,7% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 24,794 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 62,9% çoxdur və kreditlərin 15,241 mln. manatı (61,5%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 37,4% artaraq 7,971 mln. manat olub.

Depozit portfeli hesabat dövrü ərzində 34,3% artaraq 130,023 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 86,342 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 40,3% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 46,3 % artaraq 51,541 mln. manata çatdığı halda, nizamnamə kapitalı 46,7 % artaraq 44 mln. 1,7 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 19,2% artaraq 7,396 mln. manat, xərcləri isə 11,7% artaraq 5,747 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 921,8 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 12 filialı, 21 bankomatı, 180 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR