Bakıda yük maşını minik avtomobili ilə toqquşub, ölən var

Bakıda yük maşını minik avtomobili ilə toqquşub, ölən var
# 19 aprel 2014 08:12 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 18-də saat 21:05 radələrində, Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Güloğlan Məmmədovun idarə etdiyi «VAZ-21011» və 1961-ci il təvəllüdlü Fazil Bəkirzadənin idarə etdiyi MAN markalı avtomobillərin toqquşması nəticəsində G. Məmmədov xəstəxanaya yerləşdirilib. Onun

sərnişini, 1959-cu il təvəllüdlü Mərmər Cəfərova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR